Samir Əliyev infarkt keçirdi - Həyatını itirdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.
Gender.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Əliyev Samir İmamverdi oğlu 1976-cı İldə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib.
2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.
2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
Məqaləyə dair fotomateriallar:
Tarix: 12 may 2025
Baxış: 53
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş