Xərçəng xəstəsi olan kişi arvadını və özünü GÜLLƏLƏDİ
Türkiyədə kişi arvadını öldürərək intihar edib.
Hadisə Ankara şəhərinin Mamak qəsəbəsində baş verib. Psixoloji problemləri olduğu deyilən 67 yaşlı Zəkai Mallı naməlum səbəbdən arvadı 65 yaşlı Ədalət Mallını tapança ilə atəş açaraq, öldürüb. Daha sonra həmin silahla intihar edib.
Araşdırma zamanı məlum olub ki, Zəkai Mallı xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ər-arvadın meyitləri müayinə üçün ekspertiza şöbəsinə aparılıb. \\Lent.Az
Tarix: 08 may 2025
Baxış: 29
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş