Sumqayıtda binada YANĞIN: Sakinlər təxliyə olundu
Sumqayıtda yanğın hadisəsi baş verib.
Gender.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilir ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tarix: 31 mart 2025
Baxış: 57
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş