Jurnalist Mayis Əlizadə Türkiyədə vəfat etdi
Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.
Gender.Az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Toğrul Əlizadə məlumat verib.
O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.
Toğrul Əlizadə atasının sabah İstanbulun Yeni Ayazağa məzarlığında dəfn ediləcəyini bildirib.
Qeyd edək ki, Mayis Əlizadə Türkiyə və Azərbaycanda bir sıra mətbuat orqanları, o cümlədən APA ilə əməkdaşlıq edib.
Tarix: 06 mart 2025
Baxış: 57
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş