Sabiq mer və həyat yoldaşı güllələndi – FOTO
Samaranın keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Nataliya güllələnmiş halda tapılıblar. Onlar Finlandiyadan Rusiyaya qayıtdıqdan sonra öldürülüblər.
Bu barədə RTVI istintaq orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hadisədə əsas şübhəli onların nəvəsidir. O, saxlanılsa da, istintaqla əməkdaşlıq etməkdən imtina edir.
Tarxov 2006-2010-cu illərdə Samara administrasiyasına rəhbərlik edib. Qətl, onun qızı Lüdmila Tarxova ilə bağlı cinayət işi fonunda baş verib. 2022-ci ilin dekabrında Lüdmila Samara vilayət dumasının deputatından 200 milyon rubl tələb etdiyi üçün 7 il azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt özəl təyyarə istehsalı ilə məşğul olan “Samara VVV-Avia” şirkətinə rəhbərlik edib. \\32gun.az
Tarix: 05 fevral 2025
Baxış: 21
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş