Elçilikdə yox cavabı alıb qızı və anasını MAŞINLA VURDU: Xaçmazdakı hadisənin DETALLARI
Xaçmazda ana və qızını avtomobil vurub.
Gender.az Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib.
Ailə başçısı Bəhərçin Kərimov iddia edir ki, ana ilə qızını elçilikdə "hə" cavabı almayan oğlan vurub:
"Bir-iki dəfə qızı istədiklərini bildirmişdilər. Dedim ki, mənim sizə verməyə qızım yoxdur. İşdən gələndə qarşısına çıxıb, qızımı da, həyat yoldaşımı da vurub. Deyib ki, mən lotuyam. Dördüncü dəfədir belə bir hadisə baş verir. Qızımdan əvvəl üçünü qaçırıb".
Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstələrə zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Tarix: 28 yanvar 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş