Xəbər lenti
Reklam
"Hansısa məmurun “qara kassa”sını niyə doldururuq?” — Deputat
"Xalq arasında "kupça” adlı sənədin verilməsinin sadələşdirilməsi haqqında sərəncamı yüksək qiymətləndirirəm. 20-30 ildir orada yaşayır, kommunal xərclər ödəyirlər, lakin əllərində bir sənəd olmadığından onlar dövlətə nə əmlak vergisi ödəyə bilirlər, nə də bu evlər alqı-satqı predmetidir. Ona görə də dövlətə ödəniləcək əlavə vergilər büdcəyə yox, kimlərinsə ciblərinə axır”.
Bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Elmira Axundova deyib.
O bildirib ki, bu evlər sənədləşsə, dövlət təxmini heablamlara görə 300-500 milyon manat əlavə gəliri büdcəyə yönəldə bilər:
"Nə üçün bu leqal gəlirdən imtina edərək, hanısa məmurun "qara kassa”sını doldururuq”.
Deputat təklif edib ki, şagirdlər məcburi şəkildə həftədə bir dəfə hovuzda üzgüçülüyə cəlb edilməli və bu, dövlət hesabına həyata keçirilməlidir.
O xatırladıb ki, Azərbaycan böyük çaylar axır: "Hər il yüzlərlə insan Xəzər dənizi, Kür və Araz çaylarında boğulurlar. Avropa təcrübəsini öyrənəndə görürük ki, orada şagirdlərə üzgüçülüyü öyrətməyə çalışırlar. İnanın, heç bir artıq xərc insan həyatından önəmli deyil”. \\GÜNpress.az  
Tarix: 15 mart 2019
Baxış: 584

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş