“Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” mövzusunda TƏDBİR KEÇİRİLİB - FOTO
Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” mövzusunda tədbirkeçirilib.
Gender.az-ın məlumatına görə, tədbir “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnarə Məhərrəmova həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd son illər ailə institunun zəifləməsini şərtləndirən faktorlardan biri olan iqtisadi problemlərin təsirini zəiflətmək, Azərbaycan ailəsinin dözümlülüyünü artırmaq, ailədə qadınların əmək fəaliyyətinə, sahibkarlıq fəaliyyətinə qarşı əsrlər boyu formalaşmış önyarğının miqyasını azaltmaq, ailə büdcələrinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını dəstəkləmək, uşaqların normal ailə münasibətləri əhatəsində böyüməsinə və boşanma hallarının azalmasına nail olmaqdır.
Daha sonra layihənin ekperti Rəşad Həsənov layihə barədə geniş məlumat verərək, tədbird iştirak edən sabihkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlaraAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra KOB evləri) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Mərkəzinə “Özünəməşğulluq proqramı”na müarciət edərək, öz bizneslərini qurmaqda yardımçı olacaqdır. Artıq kifayət qədər vəsait var və formalaşır.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafıAgentliyi (bundan sonra KOB evləri) Masallı rayon şöbəsinin nümayəndəsi Əkbər Şahverdiyev bu qurum haqda geniş məlumat verərək, o, bildirdi ki, hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir. KOB Dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilmişdir. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilir və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq edilir. KOB Dostlarının fəaliyyətinin mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi istiqamətindədir. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərinin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasında yerində operativ həlli nəzərdə tutulur. Sahibkarlıqla məşğul olmaq istəyənlərə KOB evlərinə müraciət edərək, onlara biznes planların hazırlanmasında yardım olunacaqdır.
Tədbirdə iştirak edən digər qonaqlar da layihə haqqında öz fikirlərini bildirdilər və layihəyə uğurlar arzuladılar.
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.
Mövzuya dair fotomateriallar: