Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Mübariz İbrahimov haqqında yazan psixoloq: “Universitetdə üstümə sönməmiş siqaret atdılar”
Məhkəmənin qarşısında Nərmin Şahmarzadəyə cəza tələbi
İttihama münasibət bildirən N.Şahmarzadə özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxs qismində ifadə verən psixoloq bildirib ki, o, dekabrın 5-də yazdığı statusda Mübariz İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb. Həmin statusda yazdıqlarını məhkəmədə elan edən psixoloqun sözlərinə görə, on gün sonra bir çox saytlar sözügedən statusu yenidən “Psixoloq Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdi” kimi başlıqlar altında paylaşmağa başlayıblar: “Sanki bir mərkəzdən göstəriş verilmişdi. Bundan sonra mənə qarşı linç kampaniyası sərt şəkildə davam etdirildi. Elektron poçtuma, telefonuma təhqir, hədə-qorxu, şərəf və ləyaqəti alçaldan mesajlar göndərildi, mənim adıma saxta profillər açıb, Azərbaycan kişilərinin, Mübariz İbrahimovun, ölkə prezidentinin və digər yüksək vəzifə sahiblərinin ünvanına təhqir dolu fikirlər paylaşmağa başladılar. Saytlar da araşdırma aparmadan bunları mənim fikrim kimi yayıb, mənə qarşı qəzəb və nifrət hissini daha da alovlandırdılar. Saytlardan birində mənim başıma 3 milyon 500 min pul qoyulması barədə yazı getmişdi”.
Təhsil aldığı Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən də təzyiqə məruz qaldığını deyən danışan N.Şahmarzadənin sözlərinə görə, dekabrın 17-də universitetin prorektoru Sani Hacıyev ondan ictimaiyyətə açıq şəkildə Azərbaycan xalqından üzr istəməyi tələb edib. O isə imtina edib: “Prorektor dedi ki, “Mübarizi qəhrəman, ermənini də düşmən hesab etməyən şəxs bu universitetdə oxuya bilməz”, universitetdə də kimsə mənə fiziki xətər yetirsə, universitet buna görə məsuliyyət daşımayacaq. Dərsdən çıxanda universitetin həyətində üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edən tələbələri döydülər. Taksiyə minib evə gedəndə arxadan ardımca gəlib, taksini saxlatdırdılar, pəncərəni döyüb “aç, bu vətən xainini maşınından düşürt!” deyə sürücüyə təzyiq göstərdilər”.
Psixoloqun ifadəsindən sonra qarşı tərəfin vəkili ona “Mübariz İbrahimovu Azərbaycan kişilərinə nümunə hesab edirsinizmi?” sualını verib. N.Şahmarzadə suala belə cavab verib: “Mən pafosdan uzaqlaşıb, təhsilə fokuslanmağın tərəfdarıyam. Mən qəhrəmanlığı təhsildə uğur qazanmaqda görürəm. Mübariz İbrahimov haqqında statusdan az öncə bu barədə yazmışdım. Həmin statusda bir nəfərlə fikir ayrılığı yarandı, Mübariz İbrahimov haqqında yazdı. Ondan sonra mən də fikrimi izah eləmək üçün həmin statusu yazdım. Mən hərbiyə qarşıyam, sülh istəyirəm”.
Məhkəmə prosesi ekspertizanın rəyi açıqlanana qədər təxirə salınıb. \\Bizimyol.info
 
Tarix: 22 may 2019
Baxış: 551

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş