Ermənistanın təcavüzünə məruz qalanda susurdular - İcmadan etiraz
Dağlıq Qarabağın Azərbaycanlı İcması Kolorado Ştatı Senatının qətnaməsini pisləyib.Bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcması “Twitter” səhifəsində məlumat yayıb. Məlumatda qətnaməyə düzəliş edilməli olduğu qeyd edilib:
“Kolorado Ştatı Senatının Azərbaycana qarşı yönəlmiş və Ermənistanın işğalını dəstəkləyən qətnamə qəbul etməsini pisləyirik. Bu qətnaməyə düzəliş edilməlidir. Biz Ermənistan tərəfindən təcavüzə məruz qaldığımız zaman Kolorado Senatı susur”.
Xatırladaq ki, ABŞ-ın Kolorado ştatının senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilib və bu qətnamədə ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.\\Redaktor.az
Tarix: 26 aprel 2019
Baxış: 565
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş