Müasir ailələrdə 1-2 uşağın olmasına artıq alışmışıq. Amma Qusarda yaşayan ailənin evində nə az, nə çox 11 uşaq böyüyür.
Ailənin ən böyük övladının 22 yaşı var, ən kiçiyi isə 10 aylıqdır.
İlqar Məmmədov – Valideyn: “Səhər saat 06:00-da oyanıram, onlar da qalxır, uşaqları məktəbə yola salıram. Uşaqları görəndə sevinc çox olur, başın qarışır. Nəyə görə yaşadığını bilirsən”.
Üçü qız, səkkizi oğlan olan uşaqlardan beşi məktəblidir. Uşaqların anası Səidə xanım zamanını və sevgisini övladları arasında bərabər bölməyə çalışdığını bildirir.
Ağsu musiqi məktəbində pionina dərsi alır. Yunis gitarada ifa etməyi, Səma isə mahnı oxumağı çox sevir. Ailənin ən dəcəl övladı iki yaşlı Saradır. Uşaqlar arzu və istəklərinə görə bir-birilərindən fərqlənsələr də onları birləşdirən əsas dəyər ailə sevgisidir.
Səidə Məmmədov – Valideyn: “Çoxu oğlandır, əlbəttə ki, çətindir. Amma, ana üçün fərqi yoxdur. Bir dəfə uşaqları yoldaşımla parka göndərmişdim. Uşaqlardan biri itmişdi. Polislər gəldi evimizə, “uşağınız itib” dedilər”.
İlqar Məmmədovun 49, xanımının isə 44 yaşı var. Ailə başçısı tikinti sahəsində çalışır. Və ailənin əsas gəlir mənbəyi buradandır. Bundan başqa ailə dövlət təfərindən 297 manat müavinət alır.
Hazırda Qusarın əhalisinin sayı 98 mini ötür. Onlardan 50,1%-ni kişilər, 49,9%-ni isə qadınlar təşkil edir. 2018-ci ildə Qusarda 1391 körpə doğulub.\\ARB TV







Xalq artistinin qardaşı qızı ölü tapıldı - VİDEO
Karapetynın ev dustaqlığı uzadıldı
DSMF pensiya ilə bağlı məlumat yaydı
Həccə getmək istəyən azərbaycanlıların NƏZƏRİNƏ
Azərbaycanda aprelin 19-dan fasilələrlə yağıntı olacaq
Azərbaycanda bu qurum ləğv edildi
Bu şəxslər ömürlük əlillik PENSİYASI ALACAQ
Kimlər yenidən hərbi xidmətə aparılacaq?
“İttihamların atalıqdan imtina etməsi ilə hüquqi əlaqəsi yoxdur”




