Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI
"Təhsil Nazirliyi növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsini araşdırır. Burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir".
Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qurumdan vurğulanıb ki, müxtəlif ölkələrdə ənənəvi tədrisə qayıtmaq üçün fərqli qaydalar tətbiq olunur:
"Onu da qeyd etmək lazımdır ki, təhsil işçilərinin əksəriyyəti vaksinasiyaya cəlb olunub və bu proses hazırda davam edir. Tələbələrin və indiyədək vaksin olunmayan digər təhsil işçilərinin vaksin olunması bu prosesin tamamlanması üçün ən yaxşı yoldur. Bununla bağlı, sentyabradək həm vaksin olunmayan təhsil işçilərinin, həm də tələbələrin vaksin olunması prosesinin genişlənməsi əsas məsələ olmalıdır".
Təhsil Nazirliyi cəmiyyətin bütün maraqlı tərəflərini pandemiya ilə mübarizədə öz səylərini birləşdirməyə çağırır:
"Unutmayaq ki, ənənəvi təhsilə qayıtmağın yeganə yolu vaksindən keçir".

Tarix: 14 iyul 2021
Baxış: 276

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş