Redaktor seçimi
    Azərbaycanda yeni qurum yaradıldı - Prezidentin FƏRMANI
Xəbər lenti
Reklam
Direktor müəllimlərin kartını özündə SAXLAYIBMIŞ - 71 minlik YEYİNTİ

Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin direktoru Mərkəz Hüseynovun büdcədən müəllimlərə ayrılmış külli miqdarda vəsaiti ələ keçirdiyi məlum olub. 

Gender.az Bizimesr.com-a istinadən bildirir ki, Sumqayıtda məskunlaşmış məktəb direktorunun 2023-cü ilədək ümumilikdə 71301 manat vəsaiti mənsimsədiyi müəyyən edilib. M.Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü (külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı) maddələri ilə iş açılıb.

Məlum olub ki, direktor işə çıxmayan müəllimlərin əməkhaqqı kartlarını özündə saxlayıb və onlara ödənilən pulları nağdlaşdıraraq özünə götürüb. Bundan sonra M.Hüseynov evdə təhsilə cəlb edilən müəllimlərə ödənilən vəsaiti də mənimsəyib. İstintaq müddətində M.Hüseynov büdcəyə vurulmuş zərəri qismən ödəyib. 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu qeyd edilən maddələr üzrə təqsirli bilib. İşdən çıxarılan direktora sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Tarix: 25 iyun 2026
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş