Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan "Round University Ranking" (RUR) dünya universitetlərinin növbəti reytinq siyahısını yayımlayıb.
Gender.az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) sözügedən siyahıda 189 pillə irəliləyib. Qlobal reytinqdə 636-cı yerdə qərarlaşan BDU ölkə universitetləri arasında liderlik mövqeyini qoruyub.
Ümumilikdə builki siyahıya Azərbaycandan 17 ali təhsil müəssisəsi daxil olub. Ölkə universitetlərinin sıralaması aşağıdakı kimidir:
Bakı Dövlət Universiteti (BDU) — 636
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) — 795
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) — 898
Azərbaycan Universiteti (AU) — 944
Azərbaycan Dillər Universiteti (ADU) — 964
Qərbi Kaspi Universiteti — 968
Bakı Ali Neft Məktəbi (BANM) — 1049
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) — 1095
Naxçıvan Dövlət Universiteti (NDU) — 1135
Azərbaycan Texniki Universiteti (AzTU) — 1183
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) — 1189
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) — 1202
Bakı Mühəndislik Universiteti (BMU) — 1221
Gəncə Dövlət Universiteti (GDU) — 1249
Sumqayıt Dövlət Universiteti (SDU) — 1252
Azərbaycan Texnologiya Universiteti (ATU) — 1257
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) — 1295
Qlobal reytinq cədvəlinin ilk beşliyində isə ABŞ-nin aparıcı təhsil ocaqları qərarlaşıb. Sıra ilə birinci yer Harvard Universiteti, daha sonra Kaliforniya Texnologiya İnstitutu (Caltech), Stanford Universiteti, Cons Hopkins Universiteti və Pensilvaniya Universiteti gəlir.