“EDU Company” Təhsildə 12 illik uğurlu yolunu və Müəllimlər Gününü qeyd etdi
5 oktyabr Müəllimlər Günü münasibətilə “EDU Company” Təhsil Şirkətində xüsusi tədbir təşkil olundu. Tədbir həm təhsildəki 12 illik uğurlu yolumun rəmzi qeyd olunması, həm də gələcək nəsillərin formalaşmasında əvəzsiz rolu olan müəllimlərə dərin təşəkkürümüzü bildirmək məqsədi daşıyırdı. “EDU Company” 2013-cü ildən bu günə qədər minlərlə tələbənin həyatına bilik, peşə və yeni başlanğıclar bəxş edib. “Bizim üçün təhsil sadəcə dərs keçmək deyil, gələcək qurmaq, insan potensialını üzə çıxarmaq və cəmiyyətə dəyər qatmaq dir. Bu yolda ən böyük gücümüz peşəkar müəllim heyətimiz və öz işinə ürəklə bağlı olan komandamızdır. Onların fədakarlığı, daim yeniliklərə açıq yanaşması və müasir tədris metodları sayəsində “EDU Company” bu gün ölkənin aparıcı təhsil şirkətlərindən birinə çevrilib”. Bu fikirləri tədbirdə şirkətin təsisçisi və baş direktoru Samir Əzizov çıxışı zamanı deyib. O, çıxışında “EDU Company”nin keçdiyi inkişaf yolundan danışaraq, uğurların arxasında dayanan əsas qüvvənin məhz müəllimlər və əməkdaşların səyi olduğunu vurğulayıb. Qeyd edək ki, tədbirin ən yaddaqalan anlarından biri isə təltifetmə mərasimi oldu. Müəllimlərin və əməkdaşların təhsilə verdiyi töhfələr xüsusi qeyd edildi və təltifləri şəxsən Samir Əzizov təqdim etdi. “EDU Company” gələcəkdə də eyni məsuliyyət və sevgi ilə təhsilin keyfiyyətini artırmaq və gənclərin həyatına dəyər qatmaq yolunda irəliləməyə davam edəcək.