Redaktor seçimi
    Büdcə təşkilatlarında mühasibat
Xəbər lenti
Reklam
Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı artacaq - Nazir

Riyaziyyat fənni üzrə sertifikatlaşdırmada iştirak edən müəllimlərin 47 faizinin əməkhaqqına 35 faiz artım tətbiq ediləcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev iyulun 10-da ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, sertifikatlaşdırmada iştirak edən 8807 riyaziyyat müəllimi yüksək nəticə göstərib. Müəllimlərin 46 faizinin əməkhaqqına 10 faiz əlavə tətbiq ediləcək. Bu isə 4078 müəllim deməkdir. Ümumilikdə sertifikatlaşdırmada iştirak edən müəllimlərin 93 faizi, başqa sözlə 8200 nəfəri uğur qazanıb.  \\Redaktor.Az

Tarix: 11 iyul 2025
Baxış: 34

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş