Əllilliyi olan müəllimlər üçün qaydalarda dəyişiklik edilib
Kimya, fizika və riyaziyyat fənni üzrə sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib.
Gender.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev deyib.
"Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri bizə 1-ci qrup gözdən əllilliyi olan müəllimlərin siyahısını təqdim edib.
Sertifikasiya imtahanının test mərhələsində bu müəllimlərin hər biri üçün əlavə nəzarətçi ayrılacaq. Nəzarətçi yanlarında oturub suallarla bağlı kömək edəcək. Bu müəllimlərə digərlərindən fərqli olaraq əlavə 60 dəqiqə vaxt veriləcək, eyni zamanda, riyaziyyat, fizika və kimya fənnlərindən qrafik suallar yazılı suallarla əvəzlənəcək", - o bildirib.
Tarix: 11 mart 2025
Baxış: 42
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş