Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Nazir məktəb direktorlarına tapşırıqlar VERDİ

Elm və Təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib.

Gender.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, eləcə də Səbail və Nizami rayonlarının məktəb direktorları iştirak ediblər.

Emin Əmrullayev görüş iştirakçılarını salamlayaraq təhsil sahəsində həyata keçirilən islahatlar, cari ildə əldə olunan nailiyyətlər və gələcək planlar barədə danışıb. Nazir təhsil sahəsində islahatların davamlı olaraq aparıldığını və idarəetmənin bu prosesin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin əhəmiyyətini xüsusi qeyd edib.

Nazir görüşdə məktəblərin qarşısında duran müasir çağırışlar, məktəb-icma əməkdaşlığının inkişafı, təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə diqqət çəkib. O, həmçinin elektron xidmətlərdən daha geniş və effektiv istifadənin zəruriliyini vurğulayıb. Təhsilin keyfiyyətinin artırılması, öyrənmə mühitinin təkmilləşdirilməsi və idarəetmənin modernləşdirilməsi istiqamətində davam edən fəaliyyətlərin əhəmiyyətindən bəhs edib.

Eyni zamanda görüş zamanı məktəb və müəllim nüfuzu ətrafında geniş müzakirələr aparılıb. Məktəblərdə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində təkliflər irəli sürülüb və bu sahədə mövcud problemlərin həlli yolları müzakirə olunub. Nazir sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, məktəb-icma, müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli şəkildə qurulması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə tövsiyələrini verib.

Görüş çərçivəsində mövcud problemlər və onların həlli yolları müzakirə olunub, müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Daha sonra təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılıb, təkliflər dinlənilib və müvafiq tapşırıqlar verilib.


 
Tarix: 18 dekabr 2024
Baxış: 28

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş