Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Elmina Kazımzadəyə yeni vəzifə verildi — 900 manat maaş alacaq

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Dərsliklərin Qiymətləndirmə Şurasının keçmiş sədri Elmina Kazımzadə ilə satınalma müqaviləsi imzalayıb. 
Müqavilədən aydın olur ki, Elmina Kazımzadə ali təhsil müəssisələrində keçirilən proqram akkreditasiyasında komissiya sədri vəzifəsini icra edəcək. 
Buna görə Elmina Kazımzadəyə 900 manat ödəniləcək. Ali təhsil müəssisələrinin akkreditasiya prosesi ümumi olaraq 6 ay müddəti əhatə edir. 
Elmina Kazımzadə 2007-2009-ci illərdə Ali Təhsilə Dəstək Proqramının Məsləhət şurasının uzvü kimi fəaliyyət göstərib. 2008-2017-ci illərdə isə ictimai əsaslarla Dərsliklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində çalışıb. 
Psixologiya üzrə fəlsəfə elmlər doktoru olan Elmina Kazımzadə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.  \\Qaynarinfo.Az
Tarix: 29 noyabr 2024
Baxış: 20

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş