Xəbər lenti
Reklam
Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat...

“Gələn ildən Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq”. Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
Bəs müəllimlərə veriləcək güzəştli kartlarda hansı endirimlər əks olunacaq? 
Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.Az-a açıqlamasında bildirdi ki, təhsilin xeyrinə olan hər bir güzəşt təqdir olunmalı və müsbət baxımdan nümayiş edilməlidir:
"Xüsusən "Tələbə Plus" kartlarının müəllimlərə verilməsi yaxşı haldır. Ümumiyyətlə, tələbələrə hansı güzəştlər varsa, bu kartda da eynisi olacaq. Layihənin təşəbbüskar Təhsilin İnkişafı Fondudur. Müəyyən kafe və restoranlar, geyim mağazaları, böyük supermarketlər, hipermarketlər, muzeylər, kitabxanalar, nəşriyyatlar fondla əməkdaşlıq edir ki, bu karta sahib olan şəxslər güzəştdən yararlansın. Məsələn, hər hansı bir mağazada malın qiyməti 10 manatdırsa, bu kartla 7 manata alacaq, yəni 30 faiz endirim olacaq".

Keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz-Rizvan Fikrətoğlu |  Informator informasiya portalı

Ekspertin sözlərinə görə, gələcəkdə bu kart vasitəsilə nəqliyyatda da endirimlərdən yararlanmaq mümkün ola bilər:
"Bununla bağlı iş gedir, hələ yekun qərar yoxdur. Ola bilsin ki, elektrik qatarlarında, metroda, avtobuslarda gediş haqqı daha az olsun, yaxud buna bənzər hər hansısa güzəşt tətbiq olunsun. Çünki güzəştlərin hansı şəkildə olması ilə bağlı müzakirələr gedir. Onu da qeyd edim ki, Təhsilin İnkişafı Fondu hər gün öz partnyorlarının sayını genişləndirir və yeni müqavilələr imzalamaq yönündə addımlar atır".

Sevinc İBRAHİMZADƏ

Tarix: 18 noyabr 2024
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş