Lənkəranda məktəbin fəaliyyəti dayandırılıb? - Rəsmi CAVAB
Sosial şəbəkələrdə Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli məktəbin bağlandığı ilə bağlı məlumatlar yayılıb.
Modern.az məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır:
“Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbin binası şagirdlərin təhsil şəraitinin yaxşılaşdırılması məqsədilə təmirə cəlb olunacaq. Bu müddətdə tədrisin əlçatanlığının və fasiləsizliyinin təmin edilməsi məqsədilə şagird və müəllim heyəti digər məktəblərə köçürülüb və tədris prosesi fasiləsiz davam edir”.
Qeyd edilib ki, məktəb binasının təmiri yekunlaşdıqdan sonra həmin binada tədris davam edəcək.
Tarix: 26 sentyabr 2024
Baxış: 85
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş