Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsində dilçi alimlərin iştirakı ilə siqnal variantının müzakirəsi keçirilib.
Akademik İsa Həbibbəyli lüğətin Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlandığını, müəyyən edilmiş normalara ciddi surətdə əməl olunduğunu bildirib.
Müzakirədə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli, filologiya üzrə fəlsəfə doktorları - “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənli çıxış edərək nəşrlə bağlı müəyyən təklifləri irəli sürüblər.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr olunub. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən hazırlanıb.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabrda oxuculara və ictimaiyyətə təqdim olunacaq. \\Publika







Niyə dəniz və okeanlarda yaşayan canlılar bu qədər nəhəng olur?
"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs hadisəni danışdı - VİDEO
Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var
Yayda soyuq pivə içənlərə XƏBƏRDARLIQ
Sərnişin qatarı RELSDƏN ÇIXDI - bu ölkədə
"Mahnımı oxuyub, məni adam yerinə qoymadı"
İnsanlar mal əti ala bilmir deyə toyuğa tələbat artıb — AÇIQLAMA
Baş nazirdən TƏCİLİ iclas - Tapşırıqlar verildi
Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq
Daha bir həkim dünyasını dəyişdi - FOTO




