Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Diplom verilən tələbənin hicabını məcbur çıxartdılar - QALMAQAL

Türkiyədə ölkə gündəmini zəbt edən hadisə baş verib.
"Girne Anafartalar Liseyi"dən məzun olan hicablı tələbə ilə müəllimləri arasında qalmaqal yaşanıb. Müəllimlər tələbəyə hicabını açmayacağı təqdirdə diplom verməyəcəklərini bildiriblər. Liseydən qovulan qız bir müddət sonra geri çağırılıb. Bu dəfə isə müəllimlər tələbənin diplomunu verərək hicabını məcburi şəkildə çıxartmağa cəhd göstəriblər. 
Hadisədən sonra gənc qız prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğana məktub ünvanlayıb.
Ona dəstək olan liseyin müdir müavini Burcay Türkman məktəbdə baş verən hicab qalmaqalı ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərib. \\32gun.az

Tarix: 30 avqust 2023
Baxış: 191

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş