Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bakıda müəllimin dərs üsulu maraqla qarşılandı - Video

Bakıda dərs zamanı müəllimin istifadə etdiyi izah üsulu maraqla qarşılanıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, kəsirlərlə bağlı dərsi tələbələrə çatdırmaq üçün çəki fərqləri olan iki şəxs səhnəyə dəvət edilib. 
Həmin dərsi tədris edən müəllim Behman Qüdsi “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən video ötən gün Bakı Mühəndislik Universitetində çəkilib.
Müəllim qeyd edib ki, təhsil ocağında “Riyazi komediya” adlı “stand up” tipli seminar təşkil olunub: “Çalışdıq ki, pedaqoji fakültədə riyaziyyat fənni üzrə təhsil alan tələbələrimiz bir qədər məsələlərə fərqli baxsın. Bu üsuldan istifadə etməklə riyazi anlayışları şagirdlərin başa düşə biləcəyi dillə izah etməyə çalışdıq. Paylaşdığım video 60 dəqiqəlik tam çıxışın sadəcə bir hissəsidir. Burada məqsəd və hədəf tamamilə başqadır. Çünki hazırda Azərbaycanda şagirdlərin, gənclərin oxuyub, anlama səviyyəsi son dərəcə aşağıdır. Burada da biz düzgün kəsirləri visual olaraq göstərməyə çalışmışıq ki, gələcəkdə bu tələbələr şagirdlərə dərsi daha əyləncəli şəkildə izah edərək işin fəlsəfəsini başa sala bilsinlər”.
Müəllim onu da əlavə edib ki, videonu hər kəs birmənalı qarşılamayıb. Belə ki, onu paylaşaraq xoşagəlməz sözlər yazanlar da olub. 


Lamiyə Məmmədova



Tarix: 10 dekabr 2022
Baxış: 1 543

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş