Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Dərman bazarında qıtlıq var - Səbəb nədir? - VİDEO

Apteklərdə bəzi dərmanlar tapılmır.
Vətəndaşların sözlərinə görə, əsasən ucuz dərman preparatlarının qıtlığı müşahidə edilir. Təklif edilən əvəzedicilər isə qat-qat bahadır.
Gender.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, apteklərin dərman vasitələri ilə təminatı Nazirliyin  səlahiyyətləri daxilində deyil. Nazirliyinin Analitik Ekspertiza Mərkəzi isə yalnız dərman preparatlarının dövlət qeydiyyatına alınması və keyfiyyətə nəzarəti həyata keçirir.
Dərman vasitələri əsasən Türkiyə, Rusiya, Ukrayna, Hindistan  və digər Avropa ölkələrindən idxal olunur. Dövlət Reyestrində 5567 adda dərman preparati qeydiyyatdan keçib və idxalçı şirkətlərin sayı 80-dən çoxdur.
Sözügedən özəl şirkətlərdən bir-neçəsi ilə əlaqə saxladıq. Şirkətlər bəzi dərmanların tapılmaması ilə bağlı ünvanladığımız sualları cavablandırmaqdan boyun qaçırdılar.
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, səhiyyə sahəsi üzrə ekpert Aydın Əliyevin sözlərinə görə, əksər dünya ölkələrində dərman bazarına nəzarət səhiyyə qurumlarına həvalə edilir. Ölkəmizdə isə bu mühüm sahə özəl şirkətlərin öhdəsinə buraxılıb.
Ekspert mövcud problemə səbəb olan amillərə də diqqət çəkib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix: 14 oktyabr 2022
Baxış: 429

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş