Redaktor seçimi
    Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
Xəbər lenti
Reklam
MARAQLI HADİSƏ: Varlıların bank hesablarından kasıbların hesablarına PUL KÖÇÜRƏN BANKİR

Bir neçə il əvvəl İtaliyada maraqlı hadisə baş verib. Həmin hadisədən sonra “Banca di Carnia e Gemonese” adlı bir bankın müdiri olan Gilberto Baschiera İtaliya mediası tərəfindən “Robin Hood bankir” adlandırılırmışdı.
Hadisəni olduğu kimi oxucuların diqqətinə çatdırırıq::
"2009-cu ildə bir müştərinin kredit müraciəti rədd edildikdən sonra Gilberto Baschiera məsələyə öz üsulları ilə müdaxilə etməyə qərar verib.
O, həmin gündən sonra kredit üçün müraciət edən və müraciəti ləğv edilən şəxslərə və bankın digər maddi vəziyyəti pis olan müştərilərinə az-az gizlicə pul göndərməyə başlayıb.
Gilbertonun məqsədi kredit müaraciəti rədd edilən şəxslərin hesabında daha çox pul göründüyü üçün onlara yenidən kredit verilməsini asanlaşdırmaq olub. Bu mərhələdən sonra o, pulları hesablara geri qaytaracaqmış. Lakin bu plan özünü doğrultmur və 7 il boyunca 1 milyon avro pul köçürülmüş olur.
Sistemdəki bu boşluq nəzərə çarpır və Gilberto polis tərəfindən saxlanılır. Ona qarşı cinayət işi açılsa da, Gilberto məhkəmə ilə iş birliyinə gedir və özünə bir qəpik də götürmədiyi üçün verilən 2 illik həbsi təxirə salınır.
50 yaşlı bankir Gilberto pulları hesablarından çıxartdığı varlı şəxslərə bir–bir zəng edərək vəziyyəti onlara izah edib."
Evini və işini itirən Gilberto Baschiera mediaya belə bir açıqlama verib: “Bəziləri heç bir şey baş verməmiş kimi davrandılar. Kömək etdiyim insanlardan həmrəylik nümayişi görmədim. Bir daha eyni şeyi təkrar etmərəm.” \\Milletinsesi.info

Tarix: 06 oktyabr 2022
Baxış: 446

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş