Redaktor seçimi
    "Ermənistan öhdəlikləri yerinə yetirmir" - Ceyhun Bayramov
Xəbər lenti
Reklam
Tanınmış həkim və həyat yoldaşı qəzada öldü

Bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınan dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyən olunub.


Məlumata görə, hadisə zamanı dünyasını dəyişən gənc qadın kosmetoloq Məmmədova Mahirə Mahir qızıdır.
 
Klinikanın direktoru Natavan Babayevanın BAKU.WS-ə verdiyi məlumata görə, vəfat edən xanım onun işçisi olub.


Mahirə Məmmədova paytaxtın estetik klinikalarının birində çalışırmış və qəza baş verən gün də işə getdiyi ehtimal olunur.


Avtomobili idarə edən şəxs gənc xanımın həyat yoldaşı Nəbiyev Anar Eldar oğludur.


Cütlüyün azyaşlı iki övladı qalıb.


Qeyd edək ki, hadisə zamanı yüksək sürətlə hərəkət edən "Toyota Prius” markalı avtomobil su daşıyan "KamAZ”a çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini hadisə yerində keçinib.


Tarix: 19 sentyabr 2022
Baxış: 322

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}