Redaktor seçimi
    Sarkisyan Xocalıda törətdiyi vəhşilikləri yenə etiraf etdi
Xəbər lenti
Reklam
Az maaş insanda yaddaş zəifliyi yaradır - Alimlər

İnsanın maaşının məbləği nə qədər aşağıdırsa, yaddaşı bir o qədər zəifdir.
Belə maraqlı açıqlamanı Kolumbiya universiterinin alimləri verib.Onlar yeni elmi araşdırmalarının nəticəsində az maaşlı işin insanın sağlamlığı, psixologiya, beyninə təsirini sübut edib.
Belə ki, maaşı çox az olan, onu təmin etməyən insanlarda depressiya, təşviş, piylənmə, hipertoniya, koqnitiv qocalma sürətlənir. Onlarda yaddaş azalır.
Bu elmi iş ortaya yeni sübutlar qoyub, 30-40 yaş aralığında aşağı maaş və uzun müddət bu maaşa işləmək ahıl yaşa çatmadan, daha erkən yaddaş itkisinə səbəb olur.
Belə ki, alimlər 1992-2004-cü illəri əhatə edən dövrdə bir qrup insanın maaşı ilə, sonrakı illərdə yaddaşında problemlər müqayisə olunub.
Nəticələr göstərib ki, bu illər ərzində daima aşağı maaş alan işçilərdə 12 il ərzində və sonra yüksək maaş alanlardan daha çox yaddaş zəifləməsi baş verib.
"Bu tədqiqat sübut edir ki, sosial təminat, işçilərin maddi rifahı onların koqnitiv, psixi sağlamlığı üçün vacibdir. Gələcəkdə bunu nəzərə almaq lazımdır". \\Medicina

Tarix: 18 avqust 2022
Baxış: 541

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş