Xəbər lenti
Reklam
Evi olanların DİQQƏTİNƏ: Əgər bunu etməsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ

Azərbaycanda daşınmaz əmlakın sığortası icbari xarakter daşısa da, bir çox vətəndaşlar öz fərdi ev və mənzillərini, o cümlədən obyektlərini hələ də sığortalamayıb
Buna görə də ölkəmizdə bu növ sığortanın regionlar üzrə miqdarını və faiz nisbətini müəyyənləşdirmək çətindir. Bütün bu problemləri həll etmək üçünsə, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən daşınmaz əmlakın sığorta xəritəsi hazırlanır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, sözügedən layihənin həyata keçirilməsindən sonra konkret regionlar üzrə hansı vətəndaşların daşınmaz əmlaklarını sığortalayıb-sığortalatmadığı dəqiq müəyyənləşəcək. İcbari sığortadan yayınanlar müvafiq qaydada cərimələnəcək. \\Baku.tv

Tarix: 02 iyul 2022
Baxış: 364

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş