Xəbər lenti
Reklam
“Qarabağ Azərbaycanındır, bunu oradakı ermənilər də bilir” - Tiqran Abramyan

“Qarabağda insanlar aydın şəkildə bilirlər ki, hökumətin ideya və proqramlarında Qarabağ və oradakı ermənilər Azərbaycanın tərkib hissəsi olaraq gedir”.
Bu sözləri Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasından olan deputat Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“İnsanlar məndən tez-tez soruşurlar: niyə hökumət rəsmiləri Qarabağa səfər etmirlər? Bu sual sanki daim havadan asılı qalıb. Bir tərəfdən, deyəsən, bu sualın cavabı bəllidir, digər tərəfdən də mövzu daim müxtəlif intensivliklə müzakirə olunur.
Buna görə də Qarabağa niyə gəlsinlər ki? Onlar üçün nə Qarabağ var, nə də Ermənistan. Onlar üçün Sünik də yoxdur, hətta bir müddət sonra Ermənistan da olmayacaq”,-deyə erməni deputat yazıb. \\ Musavat.com

Tarix: 23 iyun 2022
Baxış: 570

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş