Xəbər lenti
Reklam
Bu kimi hallar yolverilməzdir - Asan imzası olanların nəzərinə VİDEO

Dəfələrlə adlarına özlərindən xəbərsiz şirkətlər açılmış, eləcə də külli miqdarda vergi borcu yaranmış şəxslərlə bağlı süjetlər təqdim etmişik. Ümumiyyətlə, son dövrlər belə problemlə üzləşən vətəndaşların sayı artıb. Dövlət Vergi Xidməti bununla bağlı əhaliyə müraciət edib. Qeyd edilib ki,  ''Asan İmza'' bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün etdiyindən hər kəs bu məsələdə diqqətli olmalıdır. 
Əvvəlcə vergi ödəyicisi kimi uçota alınır, daha sonra adlarına müəssisələr açılır. Sonda isə məlum olur ki, həmin şəxslərin külli miqdarda vergi borcu yaranıb.

''Xəzər Xəbər'' olaraq dəfələrlə belə halla üzləşən vətəndaşların problemlərini işıqlandırmışıq. Araşdırmalar zamanı vergi borcu yaranan şəxslərin adlarına şirkət və müəsissələrin açılmasından xəbərsiz olduqları üzə çıxırdı. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara müraciət edib.Dövlət Vergi Xidmətinin əməkdaşı Faiq Rəcəbəliyev bildirib ki, son zamanlar bəzi vətəndaşlar vergi ödəyicisi kimi uçota alınmalarından və ya adlarına yaradılmış hüquqi şəxslərin mövcudluğundan xəbərsiz olmaları ilə bağlı şikayətlənirlər. Qurum rəsmisinin sözlərinə görə, ''Asan imza'' bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləmək üçün vətəndaşın mobil identifikasiyasıdır. ''Asan İmza'' bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir.
Faiq Rəcəbəliyev əlavə edib ki, vətəndaşlar digər şəxslərə etibarnamə verərkən diqqətli olmalı, etibarnamələrin məzmunu ilə ətraflı tanış olmalı, şübhə doğuran məqamlarda verilmiş etibarnamələrin vaxtında ləğv olunması üçün aidiyyəti üzrə müraciət etməlidirlər. 
Qeyd edilib ki, belə hallarla rastlaşan zaman ''Asan imza'' serftikatının qüvvəsinin dayandırılması üçün dərhal  Dövlət Vergi Xidməti, eləcə də ''ASAN'' xidmət mərkəzlərinə müraciət etmək tövsiyə olunur.

Tarix: 21 iyun 2022
Baxış: 485

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş