Xəbər lenti
Reklam
“Caliber”: Ermənistanda coğrafiya müəllimi üçün “edam ağacı” qurulub (VİDEO)

"Caliber”in "YouTube” kanalında növbəti süjet yayımlanıb.

Burada erməni cəmiyyətinin bəzi zümrələrinin "satqın Paşinyan”dan sonra özünə coğrafiya müəlliminin simasında yeni "ümummilli düşmən” düəltmək cəhdlərindən bəhs olunur.

"İndi müasir Ermənistan Respublikasının ərazisində yerləşən və Sevan adlanan qədim Qərbi Azərbaycanın Ördəkli şəhərindəki 4 saylı məktəbdə təhsil müəssisəsinin rəhbərliyinin və şəxsən coğrafiya müəllimi Lilit Ayrapetyanın təşəbbüsü ilə 8-ci sinif şagirdləri müxtəlif ölkələrlə bağlı onların xüsusiyyətlərini, milli adət-ənənələrini, mətbəxini göstərən, tanınmış şəxsiyyətləri və xüsusiyyətlərini tanıdan inşalar yazıblar. Elmi-tədqiqat xarakterli işlərdə Azərbaycan və Türkiyə də təmsil olunub. Ölkəmizə gəlincə, erməni şagirdlər əsasən milli musiqimiz, görməli yerlərimiz və məşhur paxlava, çay, pambıq və tütün barədə yazılı məlumatlar veriblər”, - deyə videomaterialda bildirlib.

Lakin bu, heç də qonşu ölkədə hamının ürəyincə olmayıb və müəllimə "xalq düşməni” elan edilib.

Daha ətraflı "Caliber”in yeni süjetində:


Tarix: 02 iyun 2022
Baxış: 485

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş