Xəbər lenti
Reklam
Qubadlıda 29 yaşlı şəxs minaya düşdü

Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qubadlı rayon prokurorluğuna istinadən xəbər veririk.
Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır. \\HİT.az

Tarix: 22 aprel 2022
Baxış: 221

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş