Xəbər lenti
Reklam
Goranboyda yol qəzası - xəsarət alanlar var

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakı-Qazax avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində "Mercedes" və "VAZ" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü T.Hüseynov və 1958-ci il təvəllüdlü E.Hüseynov müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb  \\Report

Tarix: 25 fevral 2022
Baxış: 216

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş