Xəbər lenti
Reklam
“SOSİAL İNKLÜZİYA İLƏ CƏMİYYƏTƏ İNTEQRASİYA” LAYİHƏSİ ÜZRƏ ART TERAPİYA KURSLARI UĞURLA DAVAM EDİR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir.
Ötən ay başlamış 15 məktəbli üçün keçirilən art terapiya kursları başa çatmışdır. Art terapiya kurslarına həm icraçı məktəbin, həm də, yaxın icmalardan olan digər məktəblərdən dinləyicilər cəlb edildi. kurslarda layihə komandası tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələrlə işləri aparıldı. Bu məqsədlə komandaya daxil olan art terapiya mütəxəssisinin iştirakı ilə kurslara cəlb edilmiş uşaqlar üçün art terapiya seansları və əl işləri kursları təşkil olundu. Art terapiya kursları gələn həftə başa çatacaq.

Növbəti ay layihə çərçivəsində xüsusi dərnəklərdə və art terapiya kurslarında iştirak etmiş şəxsləri həvəsləndirmək və onların cəmiyyətə inteqrasiyalarına yardım etmək məqsədi ilə bu fəaliyyətlər zamanı təlim iştirakçıları tərəfindən düzəldilmiş əl işlərindən ibarət sərgisinin təşkili nəzərdə tutulub. Sərgiyə dəvət edilən müxtəlif qonaqlara oradakı işlərin müəllifləri ilə tanışlıq, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub.

Geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə layihənin yekununda “Dəyirmi masa”nın keçirilməsi planlaşdırılır.

Layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Layihə bu ilin martında yekunlaşacaq.

“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin işçi qrupu

“SOSİAL İNKLÜZİYA İLƏ CƏMİYYƏTƏ İNTEQRASİYA” LAYİHƏSİ ÜZRƏ  ART TERAPİYA KURSLARI UĞURLA DAVAM EDİR








Tarix: 14 yanvar 2022
Baxış: 90270

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş