Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
DYP əhaliyə müraciət etdi: Hər kəs oxusun!

"Nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilər. Bunu hamı bilməlidir!"
Bunu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi məsələləri hər bir kəsin maraq dairəsindədir:

"Çünki hamımız bu sistemin bir parçasıyıq, bir hissəmiz sürücü, digərlərimiz piyada, sərnişin və sair anlayışlarda hərəkətin iştirakçısıyıq. Sürücü üçün isə "Yol hərəkəti haqqında" qanununda digərlərindən fərqli olaraq, daha ciddi məsuliyyətlər müəyyən edib. Cəmiyyətin baş vermiş yol-nəqliyyat hadisələrinə münasibətdə "niyə bizdə sürücülər daha çox təqsirlidir" sualının da açıq cavabı "Yol hərəkəti haqqında" qanunun 36 və 37-ci maddələrinə baxsaq, təfsilatı ilə başa düşəcəyik. Qanunda sürücüdən baş verən yol-nəqliyyat hadisəsindən yayınmaq üçün maksimum imkanlarını səfərbər edib yayınmalıdır kimi tələbinin olması sonrakı istintaq proseslərində bir çox sualların cavablandırılmasını tələb edir. Çünki bu tələb daha sonra hadisənin nəticəsindən (yəni xəsarətin az ağır və ya ağır dərəcəsi, eləcə də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində başlanılan cinayət işlərində) asılı olaraq prosessual şəxsin əsas suallardan birinə çevrilir.
Baş vermiş hadisənin səbəb-nəticə əlaqəsi müəyyən edildikdə, "Yol hərəkəti haqqında" qanunun hansı tələbinin pozulması mütləq öyrənilir və sübutların qiymətləndirilməsində bu məsələ həlledici rol oynayır. Məsələni daha aydın formada mahiyyəti üzrə bilmək üçün belə izah edək. Deyək ki, sürücü baş verə biləcək hadisəyə adekvat reaksiya verdi və vaxtında "Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun hərəkət etdi və beləliklə də hadisənin qarşısını almaq üçün bütün lazımi zəruri addımları atdı, lakin hadisənin qarşısını misal üçün əyləc sistemindəki nasazlıq ucbatından ala bilmədi. Səbəb kimi isə avtomobilinə avto-texniki ekspertizanın rəyi ilə texniki nasazlığın olması kimi ciddi sübutu təsdiq edən rəyin əlavə edilməsi oldu. Bu zaman sürücünün məsuliyyətsizliyi isə artıq "Yol hərəkəti Haqqında" qanunun 1 sayılı əlavəsində göstərilən nasazlıqların siyahısı üzrə müəyyən edilir. Sürücünün vaxtında aradan qaldırılmadığı texniki problemlərə görə məsuliyyət daşıyacağını isə bəzi sürücülərimiz hələ də mahiyyəti üzrə qiymətləndirmir. Bizim mütəmadi şəkildə etdiyimiz çağırışlara etinasızlıq edən, DYP əməkdaşları tərəfindən aşkarlanan nöqsanlara müxtəlif bəhanələr gətirməklə qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışanlara da xidmət zamanı ara-sıra rast gəlirik və bu reallığı onlara elə yolda da izah edirik".
"Bir sözlə hər bir sürücü bilməlidir ki, nasaz avtomobillə törədilən qəza onu hər bir halda haqsız vəziyyətə salacaq. Buna görə də bütün sürücülər nəzər almalıdır ki, nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilər. Bu, sadə reallığı isə bilmək birmənalı şəkildə faydalıdır!
Yol hərəkəti təhlükəsizliyi məsələləri hər bir kəsin maraq dairəsindədir. Fürsətdən istifadə edib qış fəslinin texniki tələblərini nəzərə alıb mövsümi hazırlıqları, eləcə də avtomobilə gündəlik texniki qulluq etmək kimi ciddi məsuliyyətli tələbi diqqətdən kənar saxlamamağı da xahiş edirik. Taleyimizi dəyişdirə biləcək yanlışları qəzalardan öncə inzibati xəta kimi aşkarlayan Dövlət Yol Polisi əməkdaşlarına bəzən yersiz aqressiya göstərmək əvəzinə qanun və qaydaların mahiyyətini dərk etməklə, gələcəkdə daha ağır məsuliyyətlərdən sığortalanmaq üçün əməl etməyi də vacib hesab edirik. Bir çox hallarda cərimə ödəməklə şəxs məsuliyyət hissini dərk edir və eyni növ xətanı etməməklə şüurlu şəkildə seçimini edir. Bəzən isə cərimə ödəmək belə insana qismət olmur. Hər kəsdən xahiş edirik ki, yollarda özümüzü və ətrafımızdakıları qorumaq üçün məsuliyyət hissini unutmayaq!", - deyə o vurğulayıb.

Tarix: 30 noyabr 2021
Baxış: 157

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş