Redaktor seçimi
    “Boş vaxtlarımda gözəllik axtarışına çıxıram...”
Xəbər lenti
Reklam
Murdar ət insanı xəstələndirər, onun nəslinə də təsir qoyar

İslam dinində dünya və axirət bir yerdədir. Yəni, göz yaşı, ürfan və namaz behişt meyvəsinə çevrilir. Bu meyvələr dünyadakı ibadətdən və Allaha tərəf hərəkətdən meydana gələr. İslam dininin nəzərinə görə dünya ilə axirətin, maddə ilə ruhun ayrılmaz bağları vardır.
Biz elə bilirik ki, qidalanmaq maddi həyat üçün lazımlıdır. Lakin yediklərimiz ruhumuza və əxlaqımıza da birbaşa təsir qoyur. İslam dini onun haqqında çox sayda göstərişlər vermişdir. "Səfinətul-bahar" kitabında belə bir hədis vardır: "Əgər yemək olmazsa, namaz qılmaq və oruc da olmaz". Quran buyurur: "Ey Rəbbim, həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə (yeməyə) möhtacam". ("Qəsəs" 24).
Yeməyin əhəmiyyəti haqqında deyə bilərik ki, hədislərdə oxuyuruq ki, yemək yeyən zaman çörəyin qırıntılarının ehtiramı vardır. Əgər onları toplayıb yesən, Allah bu ehtirama görə sənə şəfa verər. Başqa yerdə oxuyuruq ki, əgər küçədə atılmış çörək görsəniz və əgər təmizdirsə, onu yeyin. Başqa bir hədisdə isə oxuyuruq ki, əgər bir evdə bir qoyun olarsa, Allahın mələkləri həmin evə və sahiblərinə salavat göndərər. Yəni insan israf etməməlidir və yüzlərlə qoyunu ona görə kəsməməlidir ki, dərisi ilə qadın paltoları tiksin. Bir halda ki, bu qoyunla daha yüz qoyun əldə etmək olardı. Bu, elə bir günahdır ki, çarəsi namaz, oruc və həcc deyildir. Onun tək bağışlanma yolu - ruzi qazanmaq üçün zəhmət çəkməkdir.
Nə yeyəcəyimiz haqqında Quran buyurur: "Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir". ("Bəqərə" 168).
"Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun". ("Maidə" 88).
Bir gün Peyğəmbər (s) bal yemək istəyir. Həyat yoldaşlarından biri deyir: "Yeməyin", Həzrət (s) də yemir. Bu o halda idi ki, İmam Əliyə (ə) deyirdilər ki, niyə bu qədər quru çörək yeyirsən? Buyurmuşdu ki, Peyğəmbər (s) məndən də çox quru çörək yeyir. Bu ayə nazil olur: "Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir". ("Təhrim" 1).
Hədilsərimiz çörək və arpa çörəyi yeməyi çox tövsiyə etmişdir. Mərci çox tövsiyə edilir. Ət da tövsiyə edilir, ancaq hər gün deyil. Bir gün ət və o biri günü süd.
Hədisdə oxuyuruq ki, ən yaxşı yemək - bişən yeməkdir. Yumurtanı soğanla yemək məsləhət görülür. Hədis deyir ki, narı boş yemə, yanında başqa bir şey də ye. Bu gün sabit olmuşdur ki, nar suyu mədə yarası olanlar üçün zərərlidir. Ya hər bir meyvənin dərisi zəhərlidir, əgər yusan, dərisi ilə yeyə bilərsən. Ya murdar ət haramdır. Murdar ət bədəni zəiflədər, insan nəslinə təsir qoyar. Yəni o ət ki, kəsilən zaman Allahın adı çəkilməmişdir.
Ona görə də çalışaq ki, Quranın və hədislərin buyurduğu kimi qidalanaq və onların tövsiyə etdiyi ərzaqlardan faydalanaq. \\Milli.Az

Tarix: 16 oktyabr 2021
Baxış: 39

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]