Xəbər lenti
Reklam
Musiqi-mənəvi qida, yoxsa dərman?

Beynimiz haqqımızda hər şeyi bilir və bizi idarə edir. Əlavə olaraq, musiqiyə həssaslıqla reaksiya verərək hər hansı səs-küydə ritm və melodiyanı ayırd edir.
Çoxumuz hesab edirik ki, melodiya və harmoniya melanxoliyadan azad olmaq üçün ən yaxşı vasitədir, klassik musiqi dinləmək isə bizi daha əqli edir və ciddi əziyyətdən sağaldır. Doğrudurmu?Həqiqətənmi musiqi insan orqanizmi üçün böyük təsir gücünə malikdir?
Aydınlaşdırmağa çalışaq.
Qədim Yunan əlyazmalarında deyilir:"Musiqi təhsili ən güclü silahdır,çünki ritm və harmoniya insan ruhunun ən çətinliklərinə nüfuz edir".
Dinləydimiz musiqi beynin müəyyən bir enerji ilə "qidalandırğını", quruluşuna və işinə necə təsir etdiyini heç düşündünüzmü?Yaxud melodiyanın içimizdə kiçik də olsa, müsbət əhval-ruhiyyə yaratmasının fərqində oldunuzmu?
Başlayaq əvvəldən. Sübut olunmuşdur ki, ana bətnində döl ananın dinlədiyi musiqi notlarını, danışıq səslərini və intonasiyanı müəyyən mərhələdən etibarən qavrayır. Doğulduqdan sonra uşaq eşitdiyi tanış səs, melodiyalara artıq uyğunlaşmış olur.Yenidoğulmuşun sakitləşməsi üçün ən yaxşı təbii vasitə isə layla olur. Vacib deyil ki, hansı səslə oxunur, əsas məhz ananın,nənənin ifasında olan duyğu, sevgi, emosiya və ritmdir.Layla hərəki, nitqi inkişafa kömək edən yardımçı vasitə rolunu oynamaqla, həzin, sakit, mışıltı dolu rahat yuxu gətirir. Beləliklə,insan ilk musiqi təəssüratlarını alır, yaddaşına hifz edir, nitqində, oxuma qabiliyyətində əhəmiyyətli rol oynayır.Musiqini uşaq yaşlarından sevən insan xoşrəftar,mehriban,emosional-dayanıqlı olur.
Yeniyetmələr niyə rok-metal müsiqi dinləyirlər?
Musiqinin beyinə təsiri birbaşa yaş və ailə münasibətləri ilə bağlıdır.Məsələn, bir yeniyetmənin tərbiyəsindəki boşluqlar, valideynlər tərəfindən lazımi diqqətin olmaması, özünü həmyaşıdlarından üstün tutma istəyi yeniyetmənin psixoloji cəhətdən yetkin olmayan bədənini rok, metal musiqisinə cəlb etmiş olur. Bu üslubların hay-küylü və enerjili təsiri sadalanan boşluqları doldurmağa yönəlir. Və gənclər özlərini bütün ətrafa qarşı qoyaraq rep parçaları dinləyirlər.
Bir musiqiçidən eşitmişdim:" Musiqi məktəbinə gedən uşaqlar tamamilə fərqli uşaqlardır.Belə uşaqlar daha sakit, düşüncəli, adekvatdırlar".
Kvant fizikləri nə deyir?
Kainatı kvant səviyyəsində araşdıran fiziklər insan vücudunu özündə birləşdirən maddi dünyanın fərqli bir səviyyədə titrəmə olduğuna daha çox inanırlar. Musiqi də bir titrəyişdir.Buna görə də musiqi vibrasiyası ilə bədənimizin titrəməsi arasındakı qarşılıqlı əlaqədə qəribə heç nə yoxdur.
Musiqi zövqündə mübahisə edilmir
Çılğın, dinamik rəqs edən rəqqaslara tamaşa edək. Yüksək səs, həyəcanverici,emosional ritm insanı sanki transa bənzər vəziyyətə salır. Konservatoriya və ya opera teatrında dinlənən klassik musiqi insanda tamam başqa hisslər oyadır. Muğam dinləyərkən insan ilahi eşq duyur, həm sevinir, həm kədərə boğulur. Disko musiqisinin mərkəzi sinir sisteminə antidepressantlar qədər təsir etdiyi məlum olmuşdur. Caz və bluz tonik olsa da, romantik sayıla bilər. Metal musiqi bəzilərini ruhlandırsa da, bəzilərini depressiyaya sövq edir və s. Bəli, bunlar musiqidə zövq seçimidir.
Baş beyində musiqiyə məsul mərkəzlər varmı?
İnsan beynində musiqinin qəbul edilməsinə cavabdeh olan xüsusi bir mərkəz yoxdur. Bəzi neyrofizioloqların fikrincə,sağaxaylarda sağ yarımkürə musiqi qavrayışında iştirak edir. Musiqi məlumatlarının işlənməsi beynin gicgah və alın paylarını, qabıqaltı strukturları və digər sahələri əhatə edir. Bu nahiyələrədə aktivliyin dərəcəsi insanın şəxsi musiqi təcrübəsindən asılıdır. Peşəkar bir musiqiçinin aktiv zonlarının sahəsi adi insandan 25% artıqdır. Musiqi dinlədikcə beyin sırf eşitmə qabiliyyətinin xaricində bir neçə sahəsini aktivləşdirərək ona reaksiya verir.
Musiqi məlumatlarının işlənməsinə insanın virtual,toxunma,emosional,motor, nitq təcrübəsi də təsir edir.
Musiqi templərinin orqanizmə təsiri
Dinamik musiqi nəbzi sürətləndirir,arterial təzyiqi artırır, əzələ tonusu, dəri hərarətini qaldırır, yavaş templi musiqi əksinə təsir göstərir. Himn və marş musiqiləri əzələ liflərini stimullaşdırır, bəzi simfonik musiqilər mədə şirəsi turşuluğunu dəyişir, fərqli təbiət musiqiləri qanda hormonların səviyyəsinə fərqli təsir göstərir.
Belə çıxır ki, əhvalımız pis olarsa, şən musiqi dinləməliyik?
Xeyr, belə deyil, ifaçının əhval-ruhiyyəsi ilə süst bir insanı daha da böyük depressiyaya sürükləmək mümkündür. Musiqinin əyləncəli olması vacibdir. Məsələn, sakit, lakin xoş olmayan bir melodiya əsəbilik yarada bilər.Ən xoş melodiyalar nəbzi ləngidir, təzyiqi normallaşdırır. Hər kəsin öz musiqi seçimi var və bəzən çox sevilən bir musiqi parçasını dinləmək titrəmə,"dəridə qarışqa gəzmələri" ( elmi olaraq frisson)və digər reaksiyalarla son dərəcə rəngarəng zövq vermək iqtidarındadır.
Musiqi dərmana bənzəyir. Mütəxəssislər pozitron-emission tomoqrafiyadan istifadə edərək musiqiçilərə ən çox sevdikləri musiqi parçalarını dinlədərək beyinlərinin fəaliyyətini öyrənmişlər. Əldə edilən nəticələrə görə, musiqini dinləyərkən alınan zövq zamanı musiqi ilə bağlı strukturlarda aktivləşmə olduğu ortaya çıxmışdır.
Skripka yoxsa nağara?
Musiqi alətlərinin beyinə necə təsir etdiyini düşünərkən skripka və pianonun daha yaxşı sakitləşdirici olduğuna inanılır. Klarnet və ya digər nəfəs alətinin ifası nəbzdə normallaşmanı təmin edir.Zərb alətləri ifasını dinləyərkən insan emosional gərginlikdən şıxır, həmin "məqama"a konsentarasiya olunur və s.
Yüksək səsli musiqinin zərərləri
Yüksək səsli musiqi hüceyrə səviyyəsində orqanizmə zərər verir. Bədən musiqini ağrı kimi qəbul edir, onu sakitləşdirən hormonlar işə düşür, buna görə insan sevinc, zövq və eyforiya dolu hisslər keçirir. Bu səbəbdən yüksəs səsli musiqi pərəstişkarlarını narkotik kimi cəlb edərək saatlarla ondan asılı vəziyyətə salır. Eyni səbəbdən musiqinin səsini artırırlar.
Daimi yüksək səsli musiqiyə məruz qalmaq qulaqdakı mexaniki səs dalğalarından gələn siqnalları sinir sisteminə ötürən neyronların məhv olmasına və tam eşitmənin itməsinə qədər gətirib çıxarır. Bu isə geridönməz dəyişiklik deməkdir.
Musiqi-duyğu açarıdır
Musiqi beynin gənclik müddətini uzadır. Neyrofizioloqlar yaşlı musiqiçi beyninin reaksiya sürətinin nəinki həmyaşıdının beynini üstələdiyini, həm də musiqi yaradıcılığına başlayan gəncin reaksiyasından geri qalmadığını qeyd edirlər. Musiqi fəaliyyəti beyin hüceyrələri üçün ən geniş və əhatəli məşq, onun strukturları arasında əlaqələrin inkişafı üçün əvəzolunmaz vasitədir. Bütün növ duyğuların açarıdır.Əgər insan musiqi ifa edərsə, beyin qabığı aktivdir, beyin qabığı aktivdirsə, demək ki, insan aktivdir.Beyin musiqini sevirsə, xoşlayırsa, demək ki, biz də bəyənirik. \\Milli.Az

Tarix: 25 sentyabr 2021
Baxış: 235

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş