Rusiyanın Saratov vilayətində yaz mövsümü başlayandan 500-dən çox şəxs böyrək sindromlu, qanaxmalı qızdırma virusuna
yoluxub. Artıq xəstəlikdən bir nəfərin ölüm faktı qeydə alınıb.
Bugünədək onlardan 333 nəfəri xəstəxanalarda müalicə olunmaqda davam edir.
Hazırda virusun yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, böyrək sindromlu, qanaxmalı qızdırma böyrəklərin zədələnməsi ilə müşayiət olunan kəskin virus xəstəliyidir. Xəstəliyin inkubasiya dövrü 7-10 gündür.Yoluxan şəxslər yüksək temperatur, baş ağrısı,ümumi zəiflik, əzələ ağrıları, iştahsızlıq, ürək bulanması, öskürək, burun tutulması, gözlərin zəifləməsi kimi əlamətlərdən əziyyət çəkirlər.
Daha sonra bel və qarında ağrılar başlayır, dəridə səpkilər yaranır. Böyrəklərin funksiyası pozulur, xəstə susuzluqdan əziyyət çəkir. Burunda, sidik və nəcisdə qanaxmalar yaranır. \\Oxu.az