İbtidai sinif şagirdindən Makrona gözlənilməz sual: “Şillə necə idi?”
Fransa Prezidenti Emmanuel Makron Somme bölgəsinin Poix qəsəbəsində ibtidai məktəbi ziyarət edib.
Uşaqlarla söhbəti zamanı onlardan biri Makronu çağıraraq, "Sizə vurulan şillə necə idi?”, - deyə soruşub.
"Xoş bir şey deyildiOnun etdiyi hərəkət səhv idi”, - deyə Makron məktəblinin sualına gülümsəyərək cavab verib.
Xatırladaq ki, Drom regionuna səfəri zamanı kütlə arasında olan Dmyen Tarel adlı şəxs Makrona etiraz edərək şillə vurduğuna görə dörd ay müddətinə azadlıqdan məhrum edilib. \\Qaynarinfo
Tarix: 18 iyun 2021
Baxış: 200
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş