Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: “2008-ci il 1-2 mart hadisələri indi təkrarlanmayacaq”
“Bu dəfə heç kim səsvermənin nəticələrini saxtalaşdırmağa cürət etməyəcək”.
Bu sözləri seçkiöncəsi çıxışında Nikol Paşinyan səsləndirib.
Paşinyan bildirib ki, İrəvanda iğtişaşlar zamanı insanların öldürüldüyü 2008-ci ilin 1-2 mart hadisələri təkrarlanmayacaq. Lakin Nikol seçkilərdən sonra İrəvanın mərkəzindəki meydanda bir mitnq keçirməyi planlaşdırdığını da gizlətməyib: “2008-ci il prezident seçkilərinin nəticələri saxtalaşdırılmışdı. İndi nəticələr sadəcə saxtalaşdırıla bilməz, vətəndaşların mövqeyi səsvermədə öz əksini tapacaq”.
Paşinyan bəzi qüvvələrin insanları toqquşmalara və vətəndaş müharibəsinə təhrik etmək cəhdlərindən də danışıb. O bildirib ki, bu cür şəxslərə erməni xalqı səs verə bilməz. Nikol əmindir ki, seçicilərin 60 faizinin səsini qazanacaq. \\KONKRET
Tarix: 18 iyun 2021
Baxış: 219
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş