Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Bilgəhdəki çimərliyin bağlanma səbəbi açıqlandı - "Əxlaqsızlıq məkanına çevirmişdilər... "

Sabunçu rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Bilgəh və Nardaran arasında olan "Bağçılar" çimərliyinin qapadılmasının səbəbləri oradakı antisanitariya ilə dözülməz vəziyyət olub.
"Bəzi vətəndaşlar bu çimərliyi intim görüşlər üçün məkana çevirmişdilər. Əyyaşlarla narkomanlar da oraya yığışırdılar. Onlar adətən axşam 20.00 radələrindən sonra həmin məkana yollanır, orada çadır qurur, çirkin işlərlə məşğul olurdular.
Bundan başqa, ərazidə bir neçə zibil konteyneri qoyulsa da, vətəndaşlar onlardan istifadə etmir, zibilləri hara gəldi, atırdılar.Nəticədə ərazi az qala zibilxanaya çevrilmişdi. Sözügedən ərazidən çimərlik qismində istifadəni FHN də yasaqlayıb. Orada dəniz çimmək üçün əlverişli deyil. Dənizdə batma halları çox olurdu. Bu yaxınlarda orada iki gənc batıb.
Çimərliyə gələnlər avtomobil ilə yolu kəsərək əsas yolda şərəkətə mane olurdular.
İyunun 15-də isə orada yerli sakinlərlə çimərliyə gələnlər arasında dava düşüb, bıçaqlanma olu. Bu səbəbdən də çimərlik ərazisinə giriş bağlanıb"./Milli.az

Tarix: 16 iyun 2021
Baxış: 222

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş