Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Bərbər və gözəllik salonlarının fəaliyyəti ilə bağlı dəyişiklik - Yeni qaydalar

Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.
"Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"də əksini tapıb.
Qaydalara aşağıdakılardır:
Onlayn növbə qəbul sisteminin tətbiqi;
Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;
İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə
olunmalıdır;
Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və
əlcəkdən istifadəsi məcburidir;
Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq
dezinfeksiya edilməlidir;
Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.\\Trend

Tarix: 16 iyun 2021
Baxış: 234

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş