Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
“Nur” çörəyinə kimyəvi maddə vurulur? - Qoxunun səbəbi

“Nur” çörək zavodunda bişirilən çörəklərdən gələn kəskin dərman qoxusu vətəndaşlar arasında narahatlıq yaradıb.
İstifadəçilər bunu xəmirə vurulan kimyəvi maddələrlə əlaqələndiriblər. Bu maddələrin isə insan orqanizminə ziyan ola biləcəyindən ehtiyat edilir.
“Nur” çörək zavodunun direktoru Söhrab Cabbarov saytımıza bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Yalnız bunu deyə bilərəm ki, yayılan məlumat həqiqəti əks etdirmir. Gəlib əyani görə, o cümlədən çəkiliş də apara bilərsiniz”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə çörəyin satıldığı marketdə düzgün yerləşdirilməməsi səbəbindən də qoxu gələ biləcəyini istisna etməyib:
“Saxlanma və satış prosesində qaydalara düzgün əməl edilmədiyi halda da bu qoxu gələ bilər. Çünki həmin zavoda ictimai baxış keçirilib və iddialarla bağlı hər hansı ciddi nöqsana rast gəlinməyib. Lakin vətəndaşların narazılığı varsa, bizə ərizə ilə müraciət etsələr, istehlakçı və vətəndaşın, o cümlədən KİV-in iştirakı ilə zavoda növbəti dəfə baxış keçirə bilərik”. \\Axar
Tarix: 14 iyun 2021
Baxış: 207

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş