Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Bakcell şəbəkəsi Şuşada!
                                           
Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi.

İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha bir addım: Bakcell şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və  Bakcell şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.


“Bakcell”in 2G, 3G və 4G baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə də quraşdırılıb. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.


Qeyd edək ki, Bakcell şəbəkəsi müstəqil mobil bençmarkinq təşkilatları tərəfindən 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adlandırılıb.

                                                
Tarix: 14 iyun 2021
Baxış: 277

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş