Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Sabah qeyri-iş günüdür, avtobuslar işləyəcək? – AÇIQLAMA
                     
Nazirlər Kabinetinin Qərarına əsasən 15 iyun Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə qeyri-iş günüdür.

Bayram günündə avtobusların işləyib-işləməyəcəyi isə sual doğurur.


Futbol üzrə Avropa çempionatının final mərhələsi ilə bağlı Azərbaycana gələn turistlərin rahat hərəkətinin təmin edilməsi vacib məqamlardan biridir. Əldə etdiyimiz məlumata görə, elə bu səbəbdən sabah ictimai nəqliyyatın işləyəcəyi gözlənilir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı məlumat Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən verilməlidir.


BNA-dan isə verilən açıqlamada ictimai nəqliyyatın işləməyəcəyi bildirilməyib, bu barədə ictimaiyyətə dəqiq məlumat veriləcəyi söylənilib.


Qeyd edək ki, bundan öncə Bakı Metropoliteni ay ərzində bütün günlərdə çalışacağını elan etmişdi.

Tarix: 14 iyun 2021
Baxış: 260

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş