Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Zirəddin Rzayev Azərbaycanla bağlı qorxunc proqnozunu AÇIQLADI

Azərbaycanlı ekstrasens Zirəddin Rzayev koronavirus pandemiyası ilə bağlı növbəti proqnozunu verib.
O, Baku TV-yə açıqlamasında pandemiyanın Azərbaycan ərazisində təsirinin nə vaxt azalacağını bildirib:
“Əvvəl demişdim ki, yayın sonu, payızın əvvəlləri bu virus bitməlidir. Doğrudan da həmin vaxt virus azaldı. Moskvadan Azərbaycana gəlmiş həkimlər Rusiyaya geri qayıtdı. Bu virusun hələ ilyarım, iki il davam edəcəyini görürəm. Bu virus o qədər də qorxulu deyil. Zamanında tədbirlər görülsə, iyun-iyul aylarında virus Azərbaycanda minimum həddə çatacaq”.
O həmçinin bildirib ki, 2020-2021-ci illər Azərbaycanda təbii fəlakətlər üzrə aktiv dönəmdir.
Zirəddin Rzayevin sözlərinə görə, bu illərdə ölkəmizdə sürüşmələr, zəlzələr və su daşqınlarının olması gözlənilir. \\Metbuat

Tarix: 11 iyun 2021
Baxış: 296

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş