Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Almaniya Azərbaycanı riskli ölkələr SİYAHISINDAN ÇIXARDI

Almaniya hökuməti Azərbaycanı COVID-19 riski altında olan bölgələr siyahısından çıxarıb.

Yerli KİV-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan "Robert Koch" İnstitutu məlumat yayıb.

Azərbaycanla bərabər siyahıdan ABŞ, Avstriya, Ukrayna və Moldova da çıxarılıb.

Həmçinin, Kanada, Bosniya və Herseqovina, Livan, Çernoqoriya, Şimali Makedoniya, Serbiya, Kipr, Yunanıstanın bir sıra bölgələri, İsveçrə, Xorvatiya, Norveç, Portuqaliya da artıq bu siyahıda yer almır. Dəyişikliklər iyunun 13-dən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, adıçəkilən ölkələrin risk bölgələri siyahısından xaric edilməsi, buradan Almaniyaya gələn insanların bir sıra tələblərdən azad olmasını da nəzərdə tutur. Xüsusilə, onların Almaniyaya girişlə bağlı xüsusi qeydiyyat aparmaları, gəlməzdən əvvəl COVID-19 testi vermələri və ölkəyə daxil olduqdan sonra bir sıra karantin qaydalarına əməl etmələrinə ehtiyac olmayacaq.\\Virtualaz.org
Tarix: 11 iyun 2021
Baxış: 191

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş