Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Xaricdə evi olan azərbaycanlı məşhurlar - YENİ SİYAHI

Şou-biznesin bir çox tanınmış simaları zaman-zaman bahalı mal-mülkləri ilə gündəmə gəlirlər. Bəziləri aldıqları evləri gizli saxlasa da, çoxları Azərbaycandan kənarda da evlərinin olduğunu bildirir. 
Gender.az lent.az-a istinadən xaricdə evi olan məşhurların siyahısını təqdim edir:
Xalq artisti Röya Ayxanın İstanbulda evi var. Lakin müğənni 5 ildir Bakıda olan bağ evini hələ təmir edə bilmədiyini söyləyib. 
İkinci dəfə ailə quran müğənni Zamiq Hüseynov bir neçə il bundan əvvəl İstanbulda mənzil alıb.
Xalq artisti Tünzalə Ağayeva Bodrumda evi var. 
Müğənni Samir Piriyevin də Bodrumda evi var. Artıq ifaçı bir ildən çoxdur ki, Türkiyədə yaşayır. 
Xalq artisti Səməd Səmədov Bodrumda ev alan məşhurlardandır. 
Müğənni Elvin Abdullayev Ankarada ev alıb.
Müğənni Elariz Məmmədoğlu bir neçə il əvvəl İstanbulda ev alıb. Hazırda ifaçının oğlu İsanbulda, özü isə Amerikada yaşayır. 

Müğənni Ayan Babakişiyeva illər öncə Bakıdakı evini satıb, Türkiyədə ev alıb, orada yaşayıb. Hazırda Bakıdadır. 
Müğənni Nadir Qafarzadə İstanbulda ev alıb, lakin ifaçı həmin evi pandemiya vaxtı satıb. 
Xalq artisti Brilliant Dadaşova da illər əvvəl İstanbulda ev alıb.
Prodüser Tolik ( Tarix Əliyev ) də Türkiyədə evi olan məşhurlardandır. 
Azəri Günel Zeynalova Türkiyədə evi olsa da, kirayədə yaşayır. Öz evində isə valideynləri yaşayır. 

Tarix: 09 iyun 2021
Baxış: 225

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş