Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Kəlbəcərdə basdırılan minada Kreml izi - ŞƏRH

Kəlbəcərdə basdırılan minanın partlamasından sonra Azərbaycanın media nümayəndələri həyatını itirməsi ölkə gündəminin əsas mövzuların biri kimi müzakirə edilməktədir. Ortada açıq suallar var. Mina nə vaxt basdırılıb? Bu hadisədə hansı ölkənin dəst-xətti var?


Məsələ ilə bağlı APress.az-a açıqlamasında siyasi analitik Samir Feyruzov bildirib ki, Azərbaycanla əlaqəsi olan bütün hadisələr sırf Qarabağ məsələsi ilə bağlıdır:
“Aşağıdakı bu üç hadisə arasında bir bağlantı var, hər üç hadisə həssas nöqtələri hərəkətə gətirir və Rusiyanın Azərbaycana qarşı təxribatlarıdır:
– Rusiyanın Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin polis tərəfindən qətlə yetirilməsi. V.Abdullayevi qətlə yetirən polis işçisi Aleksandr Qusev artıq azadlıqdadır. Hətta Rusiya Federasiyasının ictimai palatasının üzvü, “Yedinaya Rossiya” partiyasından Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanı həmin polisin “xidmətə görə təltif olunmasını” təklif edib. Vəkil Abdullayev Gürcüstan vətəndaşıdır. Gürcüstanda azərbaycanlılara qarşı hücumlardan sonra Azərbaycan əsilli Gürcüstan vətəndaşının öldürülməsi təsadüf deyil.
– MHP lideri Dövlət Baxçalının məlum tviti. Artıq Şuşada məktəbin tikintisi üçün yığılan vəsaitlər geri qaytarılıb.
– Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olması.”
Samir Feyruzov onuda qeyd edib ki, hər üç məsələ müxtəlif cinahlardan bir hədəfə hesablanıb:
“Əvvəldən demişəm və bir daha deyirəm: Rusiya sülhməramlılarının tərkibində peşəkar muzdlu döyüşçülər var. Kəlbəcərdə basdırılan mina erməni kəşfiyyatçılarından daha çox Rusiya sülhməramlısı adı altında Qarabağda olan “vaqnerçi”lərin (muzdlu döyüşçülərin) əl işinə bənzəyir.
“Russia Today” telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyanın məlum hadisələrlə bağlı apardığı kampaniyanın mahiyyətini təhlil etsək görərik ki, hər üç hadisədə Rusiya xüsusi xidmət orqanlarının izi var.
Regiondakı konflikltərin mətbəxi hələ də Kremldə yerləşir.
Öncədən basdırılmış minaların xəritələrin nüsxələri isə çoxdan Ermənistandan alınıb və Rusiyanın “QRU”sunda saxlanılır.”
 

Tarix: 05 iyun 2021
Baxış: 225

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş